“İqtisadi təcrid tarixində misli görünməmiş tədbirlər həyata keçirəcəyik"
ABŞ İrana qarşı yeni, misli görünməmiş tədbirlər görməyi planlaşdırır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki. Bu barədə ABŞ maliyyə naziri Skott Bessent deyib.
"Gələn həftə yeni açıqlamalar olacaq, çünki iqtisadi təcrid tarixində misli görünməmiş tədbirlər həyata keçirəcəyik", Bessent vurğulayıb.
Onun sözlərinə görə, yeni tədbirlərə İranın misli görünməmiş iqtisadi təcridi, eləcə də İran limanlarına və İrandan yük daşınmalarını məhdudlaşdırmaq üçün Hörmüz boğazının blokadasının saxlanılması daxildir.