ABŞ-ın Rusiyadakı hərbi attaşesi Müdafiə Nazirliyinə çağırılıb

Dünya

13.02.2022 - 11:41

Həkimlər Klinikalar SEO Xidməti

Atteşeyə Hərbi Dəniz Qüvvələrinin sualtı qayığının Rusiya sərhədini pozduğu bildirilib

ABŞ-ın Rusiyadakı hərbi attaşesi bu ölkənin Rusiya Müdafiə Nazirliyinə çağırılıb. AYNA Rusiya mediasına istinadən bildirir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.

“ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığının Rusiya Federasiyasının dövlət sərhədini pozması ilə əlaqədar Rusiya Müdafiə Nazirliyi ABŞ-ın hərbi attaşesini çağırıb”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, hərbi attaşenin nazirliyə çağırılmasına səbəb Urup adasının yaxınlığında Sakit Okean Donanması qüvvələrinin planlaşdırdığı təlim bölgəsində ABŞ-ın “Virciniya” nüvə sualtı qayığının aşkar edilməsidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş