"Prezident konstitusiya quruluşunu sarsıtdı və Amerika iqtisadiyyatına xaos gətirdi"
ABŞ-da 12 ştatdan olan demokratların baş prokurorları Prezident Donald Trampın bir sıra ölkələrə tarifləri artırmasının legitimliyinə etiraz edərək məhkəməyə müraciət ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Nyu-York, Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu Meksiko, Oreqon və Vermont rüsumların qaldırılmasını tələb edir.
"Prezident konstitusiya quruluşunu sarsıtdı və Amerika iqtisadiyyatına xaos gətirdi", - iddiada deyilir.