ABŞ husilərə kömək etdiklərinə görə şirkətlərə və gəmilərə sanksiya tətbiq edib

Dünya

28.04.2025 - 22:57

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına dəstək verən şirkət və gəmilərə qarşı sanksiyalar tətbiq edib.

AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, sanksiyalar üç gəmiyə və onların sahiblərinə İran tərəfindən dəstəklənən husilərin nəzarətindəki limana neft məhsulları tədarük edilməsi ilə onlara kömək göstərildiyinə görə tətbiq edilib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) saytında yazılıb ki, məhdudiyyətlər Mavrikidə qeydiyyatdan keçmiş “Bagsak Shipping”, eləcə də Livanda qeydiyyatdan keçmiş “Great Success Shipping” və “Zaas Shipping & Trading” şirkətlərinə qarşı tətbiq edilib. Sanksiya siyahısına həmçinin Panama və San Marino bayraqları altında üzən tankerlər də daxil edilib.

Sanksiya siyahısına daxil edilmə ABŞ-dəki aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıdakı subyektlərlə iş aparmasının qadağan edilməsi deməkdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş