ABŞ Gürcüstan DİN-in rəhbərliyini sanksiya siyahısına salıb

Dünya

20.12.2024 - 09:09

Həkimlər Klinikalar SEO Xidməti

Daxili işlər naziri və Tiflis polisinin rəisi dinc aksiyaların yatırılmasında iştirakına görə məhdudiyyətlərə məruz qalıb

ABŞ hakimiyyəti iki gürcü məmura qarşı sanksiya tətbiq edib. AYNA xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Bildirilib ki, ki, Gürcüstanın daxili işlər naziri və Tiflis polisinin rəisi “dinc aksiyaların yatırılması”nda iştirakına görə məhdudiyyətlərə məruz qalıb.

Qeyd edək ki, bundan əvvəl Britaniya daxili işlər naziri, onun köməkçisi və üç polis rəisi də daxil olmaqla beş yüksək rütbəli gürcü məmuruna qarşı “medianı və etirazçıları vəhşicəsinə sıxışdırmaqda” ittiham edərək sanksiyalar tətbiq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş