ABŞ-dan koronavirusla bağlı qorxunc proqnoz: <font color=red> ölənlərin sayı iki dəfə artacaq</font>

Dünya

05.05.2020 - 07:39

Proqnoza görə, ölkədə virusla əlaqədar ölüm səviyyəsinin pik həddi artıq geridə qalıb

 

ABŞ-da koronavirus infeksiyası qurbanlarının sayı avqustun əvvəllərində iki dəfə artaraq 134 mini keçə bilər.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Vaşinqton Universiteti proqnoz verib.

 

Universitetin məlumatına görə, avqustun 4-də ABŞ-da COVID-19 infeksiyası qurbanlarının sayı 134 475 nəfər ola bilər. Bununla belə, proqnoza görə, ölkədə virusla əlaqədar ölüm səviyyəsinin pik həddi artıq geridə qalıb.

 

Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da indiyədək 1 210 267 nəfər koronavirusa yoluxub, 69 492 nəfər isə bu ölümcül virusa yoluxma nəticəsində həyatını itirib.

Müəllif: Ayna.az