ABŞ-da meymunlarda koronavirus aşkarlanıb

Dünya

12.09.2021 - 08:19

Həkimlər Klinikalar SEO Xidməti

Qorillalardan götürülmüş test nümunələrinin nəticəsi müsbət çıxıb 

ABŞ-ın Corciya ştatının paytaxtı Atlantadakı bir zooparkda qorillalarda koronavirus aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Atlanta Zooparkı məlumat yayıb.

Bildirilib ki, bir qorilla sürüsündə öskürək, burun axıntısı və iştahsızlıq əlamətləri müşahidə edilib:

“Qərbi Afrika düzənlik qorillası” növündən olan qorillalardan götürülən ağız və burun yaxması nümunələri Corciya Universitetinin laboratoriyasına göndərilib. Nəticələr müsbət olub”.

Zooparkdan neçə qorillanın yoluxması barədə məlumat verilməsə də, ABŞ mətbuatı onların sayının 13 olduğunu yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş