ABŞ-da atışma zamanı azı 4 nəfər öldürülüb

Dünya

04.07.2023 - 08:15

cedabet dərman SEO Xidməti

ABŞ-ın Pensilvaniya ştatında, Filadelfiya şəhərinin cənub-qərbində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə polisə istinadən “ABC News” telekanalının yerli bölməsi məlumat yayıb.

Qeyd olunur ki, hadisə zamanı yetkinik yaşına çatmayanlar da daxil olmaqla ümumilikdə 8 nəfər güllə yarası alıb.

Polis cinayətdə şübhəli bilinən şəxsi saxlayıb.

Hadisənin səbəbləri və zərərçəkənlərin vəziyyəti barədə məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş