AB Suriyaya qarşı sanksiyaları genişləndirdi

Cəmiyyət

18.02.2020 - 02:35

Suriyanın 8 iş adamı və 2 şirkəti “qara siyahı”ya salınıb

 

Avropa Birliyi (AB) Suriyada Bəşər Əsəd rejiminə qarşı sanksiya siyahısını genişləndirib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Suriyanın 8 iş adamı və 2 şirkəti “qara siyahı”ya salınıb. Siyahıya salınanlar Suriyadan qaçqın düşmüş vətəndaşların ərazilərində Əsəd rejiminin mənfəətinə xidmət edən layihələr hazırladıqları üçün sanksiya siyahısına daxil ediliblər.

 

Beləliklə də, AB-nin mal varlığını dondurduğu və səyahət qadağası qoyduğu suriyalıların sayı 277-yə, şirkətlərin sayı isə 71-ə yüksəlib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə