İranın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə rəsmi səfərə gedib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, nazir İstanbulun Dolmabağça Sarayında türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Səfər çərçivəsində iki ölkə arasında əlaqələrin genişləndirilməsi və regional məsələlər müzakirə ediləcək. Səfər müddətində bir sıra rəsmi görüşlərin keçirilməsi planlaşdırılır.