Zərdabda narkotik satan şəxs saxlanılıb

Xəbərlər

20.02.2022 - 12:58

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılan şəxsin narkotiki satdığı şəxslər də müəyyən olunub

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Aqil İmranov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib. A.İmranovun narkotiki satdığı şəxslər də müəyyən olunub və həmin şəxslərdən də marixuana götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir və F.İmranov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş