Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb

Xəbərlər

24.04.2022 - 19:41

Həkimlər Klinikalar SEO Xidməti

DSX: Əməliyyat şəraiti nəzarətdə saxlanılır

Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AYNA-ya verilən xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş