Zəngilanda 3 tondan çox çətənə bitkisi məhv edilib

Xəbərlər

09.07.2023 - 12:41

cedabet dərman SEO Xidməti

Bürünlü kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib

Bürünlü kəndində aşkarlanan 3 tondan çox çətənə bitkiləri yandırılaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Bürünlü kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə çəkisi 3 ton 330 kiloqram olan 4 630 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş