“Ölkəmiz müharibəni dayandırmaq üçün öz torpaqlarından imtina etməyə hazır deyil”
Ukrayna Prezidenti Volodimir Zelenski Londonda keçirilən sammitdən sonra sülh naminə ərazi güzəştlərindən imtina edib. Onun sözlərinə görə, ölkəsi “müharibəni dayandırmaq üçün öz torpaqlarından imtina etməyə hazır deyil”.
AYNA.AZ xəbər verir ki, Prezidentin fikirlərini “Reuters” yayıb.
Zelenski qeyd edib ki, Kiyevin şərti olmadan münaqişəyə son qoyulması müvəqqəti olacaq: “Çünki insanlar ədaləti bərpa etmək istəyəcəklər. Ukraynanı dəstəkləyən ölkələr bu vəziyyəti başa düşürlər. Bizə aid olmayan heç nə istəmirik”.