Ukrayna liderinin Kral Çarlsla görüşü də nəzərdə tutulub
Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters“məlumat yayıb.
Bildirilib ki, Zelenski sabah Londonda bir çox Avropa liderlərinin iştirakı və Böyük Britaniyanın Baş nazirinin ev sahibliyi ilə keçiriləcək Ukrayna sammitində iştirak edəcək.
Ukrayna liderinin Böyük Britaniyaya səfəri zamanı Kral Çarlsla görüşü də nəzərdə tutulub.