Zelenski Səudiyyə Ərəbistanına gedib

Dünya

10.03.2025 - 15:14

Həkimlər Klinikalar SEO Xidməti

Zelenski Səudiyyə Ərəbistanının nümayəndəsi ilə danışıqlar aparacaq

Ukrayna Prezidenti Volodimir Zelenski vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedib. Bununla yanaşı, Kiyev nümayəndələri ABŞ-la danışıqlar üçün Ər-Riyadda olacaqlar. AYNA.AZ xəbər verir ki, Ukrayna liderinin səfəri ilə bağlı məlumatı Ukrayna Ali Radasının xalq deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında təsdiqləyib.

"Pprezident təyyarəsi Polşadan Səudiyyə Ərəbistanına yola düşdü", - deyə deputat yazıb.

Bildirilir ki, Zelenski Səudiyyə Ərəbistanının nümayəndəsi ilə danışıqlar aparacaq. Daha sonra Kiyev və Vaşinqton arasında ikitərəfli danışıqlar baş tutacaq.

Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sibiqa, müdafiə naziri Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqadasının komandiri Pavlo Palisa daxildir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Vaşinqton və Kiyev arasında yaxşı danışıqlara ümid etdiyini bildirib. O, təyyarənin göyərtəsində deyib: “Düşünürəm ki, Səudiyyə Ərəbistanında yaxşı nəticə əldə edəcəyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş