Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin İsveçin NATO-ya qəbuluna razılığını şərh edib
“Rusiya Türkiyənin NATO-nun üzvü olduğunu heç vaxt unutmayıb”. AYNA xəbər verir ki, bu sözləri Ankaranın İsveçin NATO-ya daxil olmasına razılığını şərh edərkən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Türkiyə NATO-nun üzvüdür. Biz bunu heç vaxt unutmadıq. Biz addımları mühakimə edirik, nəticə çıxarırıq”, - Zaxarova qeyd edib.
Xatırladaq ki, iyulun 10-da NATO baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Türkiyənin İsveçi mümkün qədər tez NATO-ya qəbul etməyə razılaşdığını açıqlayıb.
“CNN Türk”ün məlumatına görə, Türkiyə Böyük Millət Məclisi iyulun 21-dək İsveçin NATO-ya üzvlük ərizəsini təsdiq edə bilər.