Zaqatalada yük maşını körpüdən aşıb

Hadisə

18.08.2021 - 16:17

Sürücü maşında sıxılmış vəziyyətdə qalıb

 

Zaqatalada yük maşını körpüdən aşıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonunun Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib.

 

"Qazel" markalı, 34 AC 272 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək ərazidən axan çayın üzərindəki körpüdən çökəkliyə aşıb. Sürücü maşında sıxılmış vəziyyətdə qalıb.

 

Sürücünü xilas etmək üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

Müəllif: Ayna.az