Xəsarət alan piyada Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Zaqatalada piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. AYNA.AZ Azərtac-pa istinadən xəbər verir ki, dünən saat 20 radələrində Zaqatala şəhərində Üçüncü Tala kənd sakini Hafiz Rəcəbov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Umaxan Əliyevi vurub.
Xəsarət alan piyada Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.