Zakir Həsənov Selçuk Bayraktarla görüşüb

Xəbərlər

25.05.2022 - 17:14

Həkimlər Klinikalar SEO Xidməti

Nazir görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini qeyd edib

Mayın 25-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini bildirib. Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini qeyd edib.

Görüşdə bu il “Texnofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş