Müdafiə naziri Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə müzakirə aparıb
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Müdafiyə Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.