Zakir Həsənov Gürcüstanda hərbi paradda iştirak edib

Xəbərlər

26.05.2023 - 18:31

Gürcüstanın Müstəqillik Günü münasibətilə hərbi parad keçirilib

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Müstəqillik Günü münasibətilə keçirilən hərbi parad və hərbi qulluqçuların andiçmə mərasimində fəxri qonaq qismində iştirak edib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, sonra müdafiə naziri Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Qeyd edək ki, Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak edən Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri konsert proqramı ilə çıxış edib.

Zakir Həsənov Gürcüstanda hərbi paradda iştirak edib
Müəllif: Ayna.az