Zabux kəndində 1 ton narkotik bitki məhv edilib

Xəbərlər

27.06.2025 - 23:11

cedabet dərman SEO Xidməti

Çəkisi 1 tondan artıq olan 7046 ədəd çətənə kolu yandırılaraq məhv edilib

Laçında 7046 ədəd çətənə kolu məhv edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zabux kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 tondan artıq olan 7046 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş