Təkanların episentri 300 mindən çox insanın yaşadığı Saloniki şəhərindən 61 km cənub-şərqdə yerləşib
Yunanıstan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 300 mindən çox insanın yaşadığı Saloniki şəhərindən 61 km cənub-şərqdə yerləşib. Epidemiya 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.