Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb
Kürdəmirdə yolu keçmək istəyən piyadanı maşın vurub.
AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, Ağsu rayon sakini, 1968-ci il təvəllüdlü İbadov Səfa Balakişi oğlu Kürdəmir rayonu, Karrar kəndi ərazisində yolu keçmək istəyərkən onu Kəlbəcər rayon sakini, 1994-cü il təvəllüdlü Xıdırov Elçin Bayram oğlunun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil vurub.
Ağır xəsarətlər alan Ş.İbadov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.