Yermak sülh danışıqlarında Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək

Dünya

16.03.2025 - 09:32

Həkimlər Klinikalar SEO Xidməti

Volodimir Zelenski gələcək sülh danışıqları üçün ölkənin danışıqlar qrupunun tərkibini təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski gələcək sülh danışıqları üçün ölkənin danışıqlar qrupunun tərkibini təsdiqləyib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, Zelenski ədalətli sülhə nail olmaq, danışıqlar prosesini təmin etmək və ölkənin beynəlxalq tərəfdaşları ilə qarşılıqlı əlaqədə olmaq üçün Ukrayna nümayəndə heyətinin formalaşdırılmasını tapşırıb.

Sənədə əsasən, Ukrayna danışıqlar qrupuna Prezident Aparatının rəhbəri Andrey Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa, Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov və Prezident Aparatının rəhbərinin müavini Pavlo Palisa daxil olacaq.

Yermakın nümayəndə heyətinə rəhbərlik edəcəyi qeyd edilibb. O, Ukraynanın Xarici İşlər Naziri ilə razılaşdırmaqla nümayəndə heyətinin tərkibində dəyişikliklər etmək, habelə nümayəndə heyətinin işini təmin etmək üçün rəhbərləri, elmi məsləhətçiləri və ekspertləri  razılaşdırmaqla müəyyən edilmiş qaydada dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların işçilərini cəlb etmək hüququna malikdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş