"Yerin maqnitosferi sakitləşmək istəmir və günəş küləyi axınları narahatlıq səviyyəsini artırıb"
Bu gün səhər Yer kürəsində zəif maqnit qasırğası başlayıb. AYNA xəbər verir ki, bu barədə Rusiyanın “Phobos” Hava Mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus deyib.
Leus öz “Telegram” kanalında yazıb: "Yerin maqnitosferi sakitləşmək istəmir və günəş küləyi axınları narahatlıq səviyyəsini artırıb".
Mütəxəssis bildirib ki, planetdə G1 sinfinə aid zəif maqnit qasırğası Moskva vaxtı ilə saat 9:00 (Bakı vaxtı ilə 10:00 - red.) radələrində başlayıb.