Yəməndə oğurlanmış 5 BMT əməkdaşı sərbəst buraxılıb

Dünya

12.08.2023 - 01:46

cedabet dərman SEO Xidməti

Həmin şəxslərin hamısının səhhətinin yaxşı olduğu bildirilib

2022-ci ilin fevralında Yəmənin cənubunda, səfər missiyasından sonra Ədənə qayıdarkən naməlum silahlı şəxslər tərəfindən oğurlanmış BMT Təhlükəsizlik Departamentinin əməkdaşları sərbəst buraxılıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin ofisinin məlumatında deyilir.

“Baş katib 2022-ci il fevralın 11-də Yəməndə oğurlanmış BMT Təhlükəsizlik Departamentinin beş üzvü - Akma Sufiul Anam, Mazen Bavazir, Bakil əl-Mehdi, Məhəmməd əl-Mulaiki və Xaled Moxtar Şeyxin azad edilməsindən məmnundur. Mövcud məlumata görə, həmkarlarımızın hamısının səhhəti yaxşıdır”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş