Yəməndə atəşkəs 2 ay uzadılıb

Xəbərlər

02.06.2022 - 23:56

Həkimlər Klinikalar SEO Xidməti

Qərar iyunun 2-də, yerli vaxtla saat 19:00-dan qüvvəyə minəcək

Yəməndə döyüşən tərəflər aprelin 2-dən qüvvəyə minən atəşkəsin daha iki ay uzadılması barədə razılığa gəliblər. AYNA xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib. Razılaşma atəşkəsin bitməsinə bir neçə saat qalmış əldə olunub.

Qrundberqin sözlərinə görə, atəşkəsin uzadılması barədə qərar iyunun 2-də, yerli vaxtla saat 19:00-dan qüvvəyə minəcək.

Xatırladaq ki, Yəməndə vətəndaş müharibəsi 2015-ci ildən davam edir. BMT-nin hesabatlarına görə, müharibə başlayandan 2021-ci ilin sonuna qədər 377 min insan hərbi əməliyyatların qurbanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş