Yazıçı Əfqan vəfat edib

Xəbərlər

13.02.2022 - 12:09

Həkimlər Klinikalar SEO Xidməti

Mərhum Yasamal qəbiristanlığında dəfn ediləcək

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əfqan Əsgərov vəfat edib.

AYNA xəbər verir ki, bu barədə AYB-nin katibi Rəşad Məcid məlumat verib.  Mərhum Yasamal qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar kəndində anadan olub. "Bəy İnal", "Qartal əfsanəsi", "Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Şahlar Şahı", "Cənnətməkan" kimi əsərləri olan yazıçı daha çox "Bəy İnal" romanı ilə tanınırdı.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş