Yaxın 3 günün hava proqnozu açıqlanıb

Xəbərlər

18.11.2020 - 18:05

Bakıda və Abşeron yarımadasında 7-11 dərəcə isti olacaq

 

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın  maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-11 dərəcə isti olacaq.      

 

Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

 

Havanın maksimal temperaturu aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Müəllif: Ayna.az