Yaşı 8-dən yuxarı olan uşaqların birinci sinfə qəbulu mümkündür

Xəbərlər

20.04.2021 - 17:38

Həmin uşaqlar saytda qeydiyyatdan keçməlidirlər

 

Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin 2014-cü il 29 may tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələbləri əsasında fərdi təhsilə cəlb olunurlar.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az  saytında qeydiyyatdan keçdikdən sonra iyulun 1-dən yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidir.

Müəllif: Ayna.az