Yaşı 8-dən yuxarı olan uşaqlar fərdi təhsilə cəlb olunacaqlar

Xəbərlər

27.04.2022 - 16:13

Həkimlər Klinikalar SEO Xidməti

Valideynlər elektron sistemdə qeydiyyatdan keçdikdən sonra yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidirlər

Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunacaqlar. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra iyulun 1-dən etibarən yaşayış yerindən arayış, 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidir.

Qeyd edək ki, mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş