“YAŞAT” şəhid övladlarına məktəbli ləvazimatları çatdırıb

Xəbərlər

15.09.2023 - 17:40

cedabet dərman SEO Xidməti

678 şəhidin 1152 məktəbli övladına hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb

“YAŞAT” Fondu yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, hədiyyə qutusuna çanta, termos, qələm qabı, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxət qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, stikerlər, kitab altlığı, kağız yapışdırıcı, flomaster, rəngli karandaş, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir.

Ölkənin bütün ərazisi üzrə 678 şəhidin 1152 məktəbli övladına hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Qutulardan 35-i Naxçıvan Muxtar Respublikasında yaşayan məktəbli şəhid övladlarına təqdim edilib. Ümumilikdə məktəblilərin 648-i oğlan, 504 nəfəri isə qızdır.

Layihənin əsas sponsoru “Bakcell”, logistika dəstəkçisi “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “AVT Logistics”dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş