Yasamalda qəza: gənci avtomobil vurub

Hadisə

20.05.2022 - 07:29

hadisə 158 nömrəli məktəbin qarşısında qeydə alınıb

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə 158 nömrəli məktəbin qarşısında qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Kəngərli Rüstəm Zöhrab oğlu yolun əks tərəfinə keçmək istəyən zaman onu yüksək sürətlə idarə olunan “Mercedes” markalı avtomobil vurub.

Yaralı müxtəlif bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: Ayna.az