Yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

Xəbərlər

05.02.2022 - 17:49

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxs yaşadığı ünvana qaytarılıb

Sabirabad rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, Sabirabad rayon sakini F.Bəşirova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş