Yarımçıq tikinti

Cəmiyyət

02.10.2020 - 20:00

Təhlükəli tikinti: bu sahə ən travmatik sahələrdən biridir

 

İnvestisiya baxımından neft sektorundan sonra ikinci sırada yer alan inşaat sektoru bir çox vətəndaşı işlə təmin edir. Ancaq ölkədaxili tikinti sahələrində bədbəxt hadisələrin nə qədər tez-tez baş verdiyinə baxsaq,  bu sahə  ölkənin ən travmatik əmək sahələrindən biri olaraq qalır. Orada işləməklə, həm iş qabiliyyətinizi,  hətta həyatınızı belə itirə bilərsiniz.  Bu vəziyyət illərdir davam edir, amma vəziyyəti yaxşıya dəyişdirmək üçün heç bir addım atılmayıb.

Çox vaxt işçilər iş yerindəki təhlükəsizlik tədbirlərinə riayət edilmədiyi üçün hündürlükdən yıxılırlar. Ancaq başqa növ qəzalar da baş verir. Belə ki, ötən gün Yasamal rayonunda bir işçi inşaat işləri zamanı üzərinə dəmir borunun düşməsi nəticəsində aldığı xəsarətlərdən öldü.

"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov "Ayna" ilə söhbətində Dövlət Əmək Müfəttişliyi Xidmətinin inşaat sahələrində baş verən qəzaların sayını minimuma endirmək üçün nəhayət konkret addımlar atmalı olduğunu söylədi.

Mütəxəssis qeyd edir ki, ölkədəki inşaat sahələrində ildə orta hesabla 70-90 nəfər ölür və bu, olduqca böyük rəqəmdir. Nəticədə ailələr  çörəksiz, analar oğulsuz qalır.

“İstehsalat qəzalarının təxminən 40% -i inşaat sektorunun payına düşür. Tikinti sahələrində işçilər haradan gəldi, işə götürülür. Bunlar çox vaxt hər hansı bir tikinti bacarığı olmayan insanlardır. Ancaq indi elə zaman gəlib ki, bir çoxları işi bacarmasalar bel, işə götürülmək istəyirlər ki, puk qazansınlar. İşə başlamazdan əvvəl onların düzgün təlimatlandırılması, hər şeyin izah edilməsi və göstərilməsi, təhlükəsizlik dəsti və dəbilqə verilməsi lazımdır. Ancaq bu nadir hallarda edilir. Təhlükəsizlik qaydalarına əməl olunmur. Buna görə də tez-tez tikilən hündürmərtəbəli binlarada sığortasız gəzən işçiləri görə bilərsiniz. Bir ehtiyatsız hərəkət və aşağı uçacaqlar ... sonra qismət olsa, orta dərəcədə xəsarətlə canlarını qurtaracaqlar. Ancaq əlillik və ölüm ehtimalı daha böyükdür”, - deyə ekspert bildirir.

 

İsmayılovun sözlərinə görə, bir çox işəgötürən lazımi avadanlıqlardan, əməyin mühafizəsi və təhlükəsizliyi mühəndisini işə götürməkdən, tikinti sahəsinin normal hasarlanmasına qənaət edir. İnşaat işçiləri quş qoymaq xətrinə deyil, həqiqi bir tibbi müayinədən keçməlidirlər. Bir insanda yüksək və ya aşağı qan təzyiqi varsa, ürək problemi varsa, yüksəklikdə bu cür iş onun üçün deyil. Ancaq əksər hallarda işçilərin sağlamlığını heç kim yoxlamır. Təbii ki, hər şeyin qaydalara uyğun olduğu tikinti layihələri də var, lakin onlar azlıq təşkil edir.

“Dövlət Əmək Müfəttişliyi Xidmətinin texniki müfəttişləri tikinti sahələrini yoxlamalıdır, lakin heç də hamısına asanlıqla daxil ola bilmirlər. Bu obyektlərin çoxu məmurlara məxsusdur, baxmayaraq ki, sahibi rəsmi olaraq tamamilə fərqli bir şəxs ola bilər. Vəziyyəti  düzəltmək üçün bütün obyektlər istisnasız olaraq yoxlanılmalı və hamıdan eyni qaydalara riayət etmək tələb olunmalıdır”, - deyə ekspert bildirir.

Hər qəza araşdırılır və işəgötürənin günahı sübut olunarsa, təzminat ödəyir. Ancaq İsmayılovun qeyd etdiyi kimi, bir qayda olaraq, işəgötürən hər şeyi işçinin üstünə atır, deyirlər, işçini lazım olan ləbazimatla təmin ediblər, hər şeyi izah ediblər, sadəcə həmin şəxsin özü işinə laqeyd yanaşıb. Bunun əksini sübut etmək çox çətindir. Bir inşaat sahəsindəki bir qəza rəhbərliyi maksimum bir günlük narahat edəcək, və sonra hər şey ənənəvi ssenariyə uyğun olaraq davam edir.

“Həmkarlar ittifaqı olan iş yerlərində həmkarların nümayəndələri qurbanın və ya ailə üzvlərinin maraqlarını qorumaq üçün əllərindən gələni edirlər. Ancaq, bir çox digər sahələrdə olduğu kimi inşaat sektorunda da işəgötürənlər onların yaradılmasına mane olur. Elə bir gün əvvəl Suraxanı rayonunun həmkarlar ittifaqı lideri mənə bir inşaat sahəsinə getdiyini və orada həmkarlar ittifaqı yaratmaq istədiyini dedi, amma işəgötürən bu məqsədlə insanları toplamağı qadağan etdi”.

Mütəxəssisin qeyd etdiyi kimi, təkcə çoxmərtəbəli binaların deyil, həm də xüsusi evlərin vəziyyətini də nəzarətdə saxlamaq lazımdır. Orada da bir çox qəzalar baş verir, amma ümumiyyətlə hər şey qurbanla işəgötürən arasında razılaşdırılmış şəkildə həll edilir, və heç yerdə açıqlanmır.

İsmayılov, son zamanlar dövlətin kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirməsinə baxmayaraq, tikinti sektorunda qeyri-qanuni işləyənlərin hələ də böyük bir faizinin olduğunu vurğuladı.

Bir çox işçi əmək müqaviləsi imzalamadan qanunsuz işləyir. Qeyri-qanuni işə qəbulla razılaşdıqları üçün onları günahlandırmaq mümkün deyil, onlar üçün əsas gündəlik də olsa pul qazanmaq imkanı olan bir iş tapmaqdır. Ancaq iş yerlərində onların başına bir iş gəlsə, təzminata ümid edə bilməzlər.

Ekspert hesab edir ki, işəgötürənlər işin həcmindən asılı olaraq ən azı bir-iki gün müddətinə də olsa, qısa müddətli müqavilələr bağlamalıdırlar. Əmək münasibətlərinin qeydiyyata alınmamasına görə 1250 manat cərimə nəzərdə tutulur və bir neçə belə işçi varsa, bu məbləğ işəgötürən üçün böyük yük olacaq. Əgər bu sahədə vəziyyəti düzəltmək üçün işə ciddi şəkildə başlasanız, çətin olmayacaq, amma bu edilmir. Ölkədəki qanunlar yaxşıdır, amma necə tətbiq edilməsi idealdan çox uzaqdır.

Elya Belskaya

Müəllif: Elya Belskaya