Çaylarda sululuq artıb

Xəbərlər

06.06.2025 - 17:46

cedabet dərman SEO Xidməti

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, avtomat hidroloji stansiyaların iyunun 06-sına olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Qudiyalçayda 5 sm, Vəlvələçayda 4 sm, Qarasuçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 4 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 12 sm, Kür-Surrada 21 sm, Kür-Şirvanda 14 sm, Kür-Bankə və Kür-Salyanda 13 sm artım qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş