Papua-Yeni Qvineya sahilləri yaxınlığında 5,4 maqnitudada zəlzələ qeydə alınıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri paytaxt Port Moresbidən 441 km şimalda, zəlzələ ocağı 182 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan olunmayıb.