Azərbaycan və Ermənistanın siyasi partiya rəhbərləri görüşüb - VİDEO

Xəbərlər

07.06.2025 - 00:32

cedabet dərman SEO Xidməti

Görüşdə Arif Hacılı və Razi Nurullayev iştirak edib

Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan siyasi partiyalarının görüşü keçirilib.

AYNA.AZ xəbər verir ki, Azərbaycan tərəfindən görüşdə Müsavat Partiyasının Məclis sədri Arif Hacılı və Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev iştirak edib.

Ermənistanı isə “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan və hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Yulhakyan təmsil edib.

Görüşü Avstriya Milli Müdafiə Akademiyasında “International Center for European Union Research”ün (Avropa Birliyi Beynəlxalq Araşdırmalar Mərkəzi) təşkilatçılığı ilə keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş