Yaralı qazilərə yardımı ələ keçirən şəxs tutulub

Xəbərlər

07.12.2020 - 10:35

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirib

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxlayıb. AYNA xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

 

Bildirilib ki, Vətən Müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılıb və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

 

1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlunun sosial şəbəkərlərdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin  şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

R.Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib. Hazırda araşdırmalar davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş