Yanğına görə 9 kəndin qaz təchizatı dayandırılıb

Xəbərlər

15.08.2022 - 20:21

Bəzi kəndlərdə qaz təchizatında müvəqqəti fasilə yaranıb

Şabran rayonunda baş verən yanğına görə 9 kəndin qaz təchizatı dayandırılıb. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəlada vəziyyət elan olunub. Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Müəllif: Ayna.az