Xüsusi təyinatlılarla bağlı sənəd təsdiqlənib

Xəbərlər

12.04.2022 - 13:26

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclisdə “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu müzakirəyə çıxarılıb

Milli Məclisin iclasında Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında imzalanan “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.

AYNA xəbər verir ki, deputatlar sənədi təsdiqləyiblər.

Sənəddə qeyd edilir ki, təlimlər regionda xüsusi təyinatlı qüvvələrin imkanlarının sinxronlaşdırılması və koordinasiyasını asanlaşdırmaq məqsədi daşıyacaq.

Sənəddə Azərbaycan, Türkiyə və Gürcüstan arasında həmin Anlaşma Memorandumu çərçivəsində məxfi məlumatları mübadilə edə biləcəyi göstərilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş