Vakansiya seçimi bu gün saat 17:00-dək davam edəcək
İnternat və internat tipli təhsil müəssisələrinin xüsusi siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılıb. AYNA xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.
Vakansiya seçimi oktyabrın 23-də saat 17:00-dək davam edəcək. Vakansiya seçimində iştirak etmək istəyənlər institutun saytında göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.