Xorvatiya Ukrayna taxılının ixracı üçün alternativ yol təklif edib

Dünya

19.07.2023 - 12:39

cedabet dərman SEO Xidməti

Xorvatiya alternativ marşrut kimi öz dəmir yolu şəbəkəsini və Adriatik dənizindəki limanlarını təklif edib

Xorvatiya Rusiyanın “Taxıl sazişi”ndən çıxmasından sonra Ukrayna taxılının daşınması üçün alternativ marşrutlar kimi öz dəmir yolu şəbəkəsini və Adriatik dənizindəki limanlarını təklif edir.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Xorvatiya Xarici İşlər Nazirliyinin dövlət katibi Frano Matuşiçin BMT Baş Assambleyasının iclasındakı bəyanatda deyib.

Xorvatiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Rusiyanın sazişi yeniləməmək qərarı dünyanın bir çox yerlərində aclıq təhlükəsi yaradır.

"Xorvatiya Ukrayna taxılının ixracı üçün yeni marşrutların tapılmasında kömək etməyə hazırdır. Xorvatiyanın dəmir yolları və Adriatik dənizindəki limanları mümkün alternativ yollardan biridir", - deyə Matuşiçin qeyd edib.

Qeyd edək ki, iyulun 18-də Rusiya 2022-ci ilin iyulundan qüvvədə olan “Taxıl sazişi”ndən çıxıb. Eyni zamanda, Rusiyanın BMT-dəki missiyası açıq şəkildə bəyan edib ki, sövdələşməyə qayıtmaq olmayacaq.

Buna cavab olaraq Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə və BMT-yə Qara Dəniz Taxıl Təşəbbüsünü Rusiya olmadan uzatmağı təklif edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş