Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları məhv edilib - <font color=red> VİDEO</font>

Xəbərlər

03.11.2020 - 21:48

Müdafiə Nazirliyi məlumat yayıb 

 

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

 

Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videogörüntünü təqdim edirik:

Müəllif: Ayna.az