Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

Xəbərlər

22.02.2022 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

Nazirliyin “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər planı” var

Fevralın 25-26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu barədə nazirliyin “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər planı”nda qeyd edilib.

Tədbirlər planına uyğun olaraq, ümumi təhsil müəssisələrində karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.

Həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan beynəlxalq tədbirlərin təşkili planlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş