Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum olub - <font color=red> SİYAHI</font>

Hadisə

25.01.2021 - 23:08

Güclü partlayış nəticəsində 6 nəfər xəsarət alıb 

 

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

 

AYNA-nın məlumatına görə, partlayış nəticəsində altı nəfər yaralanıb.

 

Ələzova Simayə Mövlud qızı - 1968-ci il təvəllüdlü

Şükürzadə Xədicə Bəxtiyar qızı - 2006-cı il təvəllüdlü

Musayev Vüsal Firudin oğlu - 1983-cü il təvəllüdlü

Musayev Firudin Vüsal oğlu - 2009-cu il təvəllüdlü

Əliyev Emil Arif oğlu - 1989-cu il təvəllüdlü

Hüseynov Arif Əbülfəz oğlu - 1988-ci il təvəllüdlü

 

Qeyd edək ki, Musayev Vüsalın vəziyyəti ağırdır.

Müəllif: Ayna.az