Xırdalanda körpüdə intihara cəhdin qarşısı alınıb

Xəbərlər

31.07.2023 - 11:25

cedabet dərman SEO Xidməti

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xırdalanda intihar cəhdinin qarşısını alıblar. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə bir nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı, xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş