Mina DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib
Xəzər dənizinin Azərbaycan sahilində mina aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Liman şəhəri ərazisində dəniz kənarından 1 ədəd tank əleyhinə mina tapılıb.
Mina DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.